8 aprel 2026. Çərşənbə

Fənərbaxça daha bir legionerini göndərdi


  • Transfer
  • 13:08 01.09.2021
  • Oxunma sayı: 157
Fənərbaxça daha bir legionerini göndərdi

Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Maurisio Lemosla vidalaşıb.

Uruqvaylı oyunçu Belçikanın "Birşot" klubuna icarəyə verilib. Belçika klubu Lemos ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Maurisio Lemosun "Fənərbaxça" ilə 2023-cü ilin yayınadək sözləşməsi var.







Transfer