30 oktyabr 2024. Çərşənbə

Olimpiakos sevgi hekayəsidir - Mamadu Kane


  • Transfer
  • 10:43 02.09.2021
  • Oxunma sayı: 125
Olimpiakos sevgi hekayəsidir - Mamadu Kane

"Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"a qarşı oynayanda buranı çox bəyəndim. İlk matçda komandalarına dəstək olan azarkeşlər çox gözəl atmosfer yaratmışdı".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"dən Yunanıstanın "Olimpiakos" klubuna transfer olan qvineyalı futbolçu Mamadu Kane Afina təmsilçisinin rəsmi televiziyasına açıqlamasında deyib.

24 yaşlı oyunçu dayaq yarımmüdafiəçisi mövqeyində özünü daha yaxşı hiss etdiyini bildirib: "Olimpiakos" sevgi hekayəsidir. Bu klubu ilk andan çox sevirdim. Əla klubdur və çox xoşuma gəlir. Xəyalım bu komanda ilə kuboklar və titullar qazanmaqdır. Artıq bu ailənin üzvüyəm. Komanda yoldaşlarımla birlikdə azarkeşlərimizi qürurlandırmaq və kluba kuboklar qazandırmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, klublar arasında razılaşmaya görə, afrikalı oyunçu müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.







Transfer

Amorim "Sportinq"dən ayrıldı
  • Transfer
  • 20:35 29.10.2024
Amorim "Sportinq"dən ayrıldı