15 mart 2025. Şənbə

PSJ Sarabiyanı verdi, Mendesi aldı


  • Transfer
  • 21:20 02.09.2021
  • Oxunma sayı: 156
PSJ Sarabiyanı verdi, Mendesi aldı

PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Paris təmsilçisi  “Sportinq”in müdafiəçisi Nuno Mendesi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb. PSJ portuqaliyalı futbolçunun transfer hüquqlarını da almaq istəsə, buna görə “Sportinq”ə 40 milyon avrosundan keçməli olacaqlar.

Nuno Mendes “Sportinq”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 47 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi artıq Portuqaliyanın əsas yığmasında da 6 oyun keçirib.

PSJ öz futbolçusu Pablo Sarabiyanı isə “Sportinq”ə icarəyə verib. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Portuqaliya klubunun uğurları üçün çalışacaq. Madrid “Real”ının yetirməsi olan ispaniyalı futbolçu, 2019-cu ildən çıxış etdiyi Paris təmsilçisində 79 matça çıxıb, 22 qol vurub. O, “Xetafe” və “Sevilya”da da çıxış edib.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici