3 iyul 2026. Cümə

Marsel mərakeşli futbolçu ilə gücləndi


  • Transfer
  • 22:05 02.09.2021
  • Oxunma sayı: 191
Marsel mərakeşli futbolçu ilə gücləndi
Fransanın “Olimpik Marsel" klubu növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Şalke” klubunun yarımmüdafiəçisi Amin Ariti heyətinə qatıb.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Mərakeşli futbolçu satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürülüb. Marsel klubu yayda əlavə 10 milyon avro ödəyərək Aritin transfer hüquqlarına da yiyələnə bilər. 
 
Mərakeş yığmasında da çıxış edən futbolçu, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
 
Arit 2017-ci ildən “Şalke”də çıxış edir. 24 yaşlı futbolçu daha öncə Fransada yetirməsi olduğu “Nant”ın uğurları üçün çalışıb.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır