3 iyul 2026. Cümə

Boatenq rəsmən Fransa klubunda


  • Transfer
  • 23:57 02.09.2021
  • Oxunma sayı: 177
Boatenq rəsmən Fransa klubunda
"Bavariya” ilə yollarını ayıran Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu Lion ilə müqavilə bağlayıb.
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, tərəflərin 2 illik müqaviləyə imza atdığı vurğulanıb. Almaniya millisinin sabiq üzvü yeni komandasına azad agent statusunda keçib.
 
2011-ci ildən “Bavariya”da çıxış edən Boatenq, Münhen təmsilçisinin heyətində 364 matça çıxıb, 10 qol vurub. Təcrübəli müdafiəçi daha öncə “Herta”, “Hamburq” və “Mançester Siti” klublarının da formasını geyinib.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır