- Transfer
- 23:59 29.10.2024
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçularla gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Köln” klubunun yarımmüdafiəçisi Maks Meyer və Avstriya “Zalsburq”unun hücumçusu Mergim Berişanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Meyerlə 2, Berişayla 4 illik müqavilə imzalandığı vurğulanıb.
“Köln” ilə müqaviləsinin müddəti bitən Meyer, yeni klubuna azad agent kimi keçib. 25 yaşlı futbolçu daha öncə “Kristal Pelas” və “Şalke” klublarının da fromasını geyinib. O, Almaniya yığmasında da 4 oyun keçirib, 1 qol vurub.
Berişa isə peşəkar karyerasına “Liferinq”də başlayıb. O, 2017-ci ildən “Zalsburq”da olsa da, bu müddət ərzində LASK və “Maqdeburq” komandalarında icarədə də oynayıb. Almaniyanın U-21 yığmasında da oynamış forvard, ötən mövsüm “Zalsburq”un heyətində meydana çıxdığı 42 matçda 23 qol vurub.