15 mart 2025. Şənbə

Super Liqa klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 11:38 04.09.2021
  • Oxunma sayı: 157
Super Liqa klubu milli üzvü ilə gücləndi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Adana Liqa təmsilçisi Belçikanın “Brügge” klubunun müdafiəçisi Simon Delini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 Fil Dişi Sahili yığmasının üzvü 2019-cu ildən “Brügge”də çıxış edirdi. O, bu ilin əvvəlində Praqa “Slaviya”sına icarəyə verilmişdi. Hansı ki, müdafiəçi 2012-2019-cu illər aralığında məhz Çexiya təmsilçisinin uğurları üçün çalışıb. Deli Çexiya “Çeske Budeyovitse” və “Pribram” klublarının da formasını geyinib.

“Adana Dəmirspor” seneqallı yarımmüdafiəçisi Joher Rassul ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Tərəflər 2+1 illik yeni sözləşməyə imza atıblar. 25 yaşlı futbolçu Türkiyə klubuna 2019-cu ildə “Lokeren”dən transfer olunub.

Super Liqa klubu yerli oyunçulardan da ikisi ilə müqaviləni yeniləyib. 21 yaşlı müdafiəçi Tayyip Talha Sanuç klubla 4 illik yeni müqavilə imzalayıb. 26 yaşlı yarımmüdafiəçi Sinan Kurt isə 2024-cü ilə qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici