17 dekabr 2025. Çərşənbə

Falkao rəsmən La Liqa klubunda


  • Transfer
  • 16:36 04.09.2021
  • Oxunma sayı: 153
Falkao rəsmən La Liqa klubunda

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.

Corner.az xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb.

La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib. Türkiyə mətbuatı isə "Rayo Valyekano"nun Falkaoya 2 milyon avro məvacib ödəyəcəyini, sabiq klubu "Qalatasaray"ın isə geridə qalan 3 milyon avro məvacib ödəyəcəyini yazıb.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayıb. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer