- Transfer
- 15:42 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Futbol üzrə Portuqaliya millisinin sabiq müdafiəçisi Bruno Alves özünə yeni komanda tapıb.
Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək.
O, bu ölkənin “Apollon Smirnis” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, tərəflər bir illik müqaviləyə imza atdığı vurğulanıb.
Bruno Alves cəmi bir ay öncə Portuqaliyanın “Famalikan” klubu ilə müqavilə bağlamışdı. Lakin o, sözügedən klubdan erkən ayrılmağa qərar verib. Təcrübəli müdafiəçi karyerası ərzində “Parma”, “Reyncers”, “Kalyari”, “Fənərbaxça”, “Zenit”, AEK (Afina), “Vitoriya” (Gimaraynş), “Farense”, “Portu” klublarında da forma geyinib.