- Transfer
- 21:34 16.12.2025
Braziliyalı futbolçu Neymarın PSJ ilə imzaladığı müqaviləyə xüsusi bənd salınıb.
Corner.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, sözügedən maddə Paris klubunun azarkeşləri ilə bağlıdır.
Sözləşmə şərtlərinə görə, 29 yaşlı hücumçu hər oyundan öncə və sonra tərəfdarları salamlamalı, onlara açıq olmalıdır. Müqavilədə həmçinin klubun qərarlarını, əməkdaşlarını, azarkeşləri və komanda taktikasını tənqid etməmək üçün bənd də əlavə edilib.
Neymarın sözügedən şərtləri yerinə yetirdiyinə görə hər ay əlavə olaraq, 541 680 avro məbləğində pul aldığı bildirilib.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.