- Transfer
- 21:34 16.12.2025
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Emre Akbabanı icarəyə verib.
Corner.az xəbər verir ki, "Alanyaspor" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
Akbaba 2021/2022 mövsümünü bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2018-ci ildən "Qalatasaray"da çıxış edən Emre Akbaba 2016 - 2018-ci illərdə Alanya təmsilçisinin formasını geyinib.