- Transfer
- 21:34 16.12.2025
"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" son olaraq "Qəbələ"də çıxış edən fransalı hücumçu Nikolas Raysellə anlaşıb.
28 yaşlı forvard ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Nikolas Raysel 2020/2021 mövsümündə "Qəbələ"də oynayıb.