3 may 2026. Bazar günü

Balotellinin qardaşı da Türkiyə klubunu seçdi


  • Transfer
  • 22:26 06.09.2021
  • Oxunma sayı: 168
Balotellinin qardaşı da Türkiyə klubunu seçdi
Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqavilə imzalayan Mario Balotellinin kiçik qardaşı Enok Barvua da bu ölkədə çıxış edəcək.

Corner.az xəbər verir ki,  28 yaşlı hücumçu “Menemenspor”a keçib. Enok Barvua, TFF 1-ci liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
 
Enok Barvua da böyük qardaşı kimi hücumçudur. O, son olaraq İtaliyanın D Seriyası təmsilçisi “Karavacco” klubunun uğurları üçün çalışıb. Xeyli müddətdir klubsuz olan Barvua, Balotelli ilə birgə Türkiyəyə gəlib. O, elə həmin dövrdən “Adana Dəmirspor”da qardaşıyla birgə məşq edirdi.






Transfer