3 iyul 2026. Cümə

Qalatasaray daha bir futbolçusunu icarəyə verdi


  • Transfer
  • 22:28 06.09.2021
  • Oxunma sayı: 166
Qalatasaray daha bir futbolçusunu icarəyə verdi
Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusunu icarəyə verib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Yunus Akgünü “Adana Dəmirspor” klubuna icarəyə göndərib.
 
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. Məlumatda, 21 yaşlı futbolçunun bu mövsümün sonuna qədər Adana təmsilçisinin uğurları üçün çalışacağı diqqətə çatdırılıb
 
Yunus Akgün “Qalatasaray”ın öz yetirməsidir. O, 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında forma geyinir. Türkiyənin U-21 yığmasının da üzvü olan futbolçu, ötən mövsümü də “Adana Dəmirspor”da icarədə keçirib.
 






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır