- Transfer
- 23:59 29.10.2024
Türkiyə millisinin müdafiəçisi Caner Erkini heyətinə qatan “Fatih Karagümrük” daha üç futbolçu ilə güclənib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferlərindən biri 23 yaşlı hücumçu Yann Karamodur. Fil Dişi Sahilində anadan olan fransalı futbolçu “Parma”dan transfer olunub. Yann Karamo 2017-2020-ci illər aralığında “İnter”də çıxış edib. Lakin o, həmin vaxt “Bordo” və “Parma”ya icarəyə də verilib. Fransanın U-21 yığmasının da formasını geyinmiş forvard, Fransanın “Kan” klubunun yetirməsidir.
Niderlandın “Fortuna Sittard” komandasının yarımmüdafiəçisi Adnan Uğur da İstanbul təmsilçisinə keçib. Türk əsilli belçikalı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. 20 yaşlı yarımmüdafiəçi Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
“Fatih Karagümrük”ün yeni transferlərindən biri də niderlandlı mərkəz müdafiəçisi Derrik Lukkassendir. 26 yaşlı futbolçu PSV-dən transfer olunub. O, daha öncə “Alkmaar”, “Herta”, “Anderlext” və “Kasımpaşa”da da oynayıb.