15 mart 2025. Şənbə

İtaliya millisinin sabiq hücumçusu Başakşəhər'də


  • Transfer
  • 21:02 08.09.2021
  • Oxunma sayı: 128
İtaliya millisinin sabiq hücumçusu Başakşəhər'də

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Udineze”dən 32 yaşlı hücumçu Stefano Okakanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, italiyalı futbolçu ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Okaka yeni komandasında 77 nömrəli formada çıxış edəcək.

Okaka peşəkar karyerasına yetirməsi olduğu “Roma”da başlayıb. O, sonralar “Modena”, “Breşiya”, “Fulhem”, “Bari”, “Parma”, “Uotford, “Anderlext”, “Sampdoriya” və “Spetsiya”da da çıxış edib. İtaliya millisində 5 matça çıxmış futbolçu, 2019-cu ildən “Udineze”də forma geyinirdi.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi