8 aprel 2026. Çərşənbə

Braziliyalı futbolçu rəsmən Qalatasaray'da


  • Transfer
  • 23:16 08.09.2021
  • Oxunma sayı: 149
Braziliyalı futbolçu rəsmən Qalatasaray'da
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Assunsaonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Məlumatda, 21 yaşlı futbolçunun Portuqaliyanın “Famalikan” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.
 
Assunsao Madrid “Atletiko”sunun yetirməsidir. O, 2019-cu ildən “Famalikan”ın uğurları üçün çalışırdı. Braziliyanın U-23 yığmasının da üzvü olan futbolçu, Portuqaliya klubunda bütövlükdə 68 matça çıxıb, 1 qol vurub.






Transfer