8 aprel 2026. Çərşənbə

Krasnodar'dan Super Liqa klubuna


  • Transfer
  • 20:27 09.09.2021
  • Oxunma sayı: 172
Krasnodar'dan Super Liqa klubuna
Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Krasnodar” klubundan Məhəmməd-Şapi Süleymanovu transfer edib.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda, 21 yaşlı futbolçunun satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüldüyü vurğulanıb.
 
Süleymanov “Krasnodar”ın öz yetirməsidir. Rusiyanın U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi, 2017-ci ildən Premyer Liqa təmsilçisinin əsas komandasında forma geyinir.






Transfer