17 dekabr 2025. Çərşənbə

Türkiyə klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 20:30 09.09.2021
  • Oxunma sayı: 149
Türkiyə klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı futbolçu Çidozi Avazimi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Nigeriyalı müdafiəçinin, Portuqaliyanın “Boavişta” klubundan mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.
 
“Portu”nun yetirməsi olan Çidozi Avazim bu klubda olarkən “Nant”, “Rizəspor”, “Leqanes” və “Boavişta”da icarədə oynayıb. “Portu” 24 yaşlı müdafiəçini bu il “Boavişta”ya birdəfəlik satmışdı. Nigeriya millisində 20 oyun keçirmiş Avazim, 1 qol da vurub.






Transfer