17 dekabr 2025. Çərşənbə

Misir millisinin hücumçusu Türkiyə klubunda


  • Transfer
  • 22:40 09.09.2021
  • Oxunma sayı: 160
Misir millisinin hücumçusu Türkiyə klubunda
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli hücumçu Əhməd Hassanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 28 yaşlı futbolçunun Yunanıstan “Olimpiakos”undan bir illik icarəyə götürüldüyü diqqətə çatdırılıb. Misir yığmasının hücumçusu yeni komandasında 9 nömrəli formada çıxış edəcək.
 
Əhməd Hassan 2018-ci ildən “Olimpiakos”un uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada “Rio Ave” və “Braqa” klublarının formasını geyinib. Misir millisində 25 matça çıxan futbolçu, 5 qola imza atıb.






Transfer