15 mart 2025. Şənbə

Fənərbaxça'dan ayrılan futbolçu İngiltərə kluhunda


  • Transfer
  • 22:57 09.09.2021
  • Oxunma sayı: 178
Fənərbaxça'dan ayrılan futbolçu İngiltərə kluhunda
Türkiyənin “Fənərbaxça” klubundan ayrılan “Zanka” ləqəbli Matias Yorgensenin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Brentford” klubuna transfer olunub.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Danimarkalı mərkəz müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
 
Yorgensen 2019-cu ildən “Fənərbaxça”da çıxış edirdi. Lakin o, İstanbul təmsilçisində əsas heyət üzvünə çevrilə bilmədiyi üçün “Fortuna” (Düsseldorf) və “Kopenhagen” klublarına icarəyə verilmişdi. Danimarka yığmasında da oynamış futbolçu, Türkiyə təmsilçisində cəmi 18 oyuna çıxıb, 2 qol vurub.






Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi