17 dekabr 2025. Çərşənbə

Bavariya 16 yaşlı futbolçunu transfer etdi


  • Transfer
  • 13:53 10.09.2021
  • Oxunma sayı: 183
Bavariya 16 yaşlı futbolçunu transfer etdi

Almaniyanın "Bavariya" klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Xorvatiyanın "Slaven Belupo" klubunun futbolçusu Lovro Zvonareki transfer edib.

16 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Xorvatiyalı futbolçu 2022-ci il iyulun 1-də "Bavariya"ya qoşulacaq.

Qeyd edək ki, Lovro Zvonarek "Slaven Belupo"nun yetirməsidir. O, əsas komanda 7 oyuna çıxıb və 1 qol vurub. Almaniya klubunun bu keçid üçün qarşı tərəfə 1,8 milyon avro ödədiyi iddia edilir.







Transfer