Ukrayna millisinin müdafiəçisi Dmitri Çiqrinski Yunanıstanda klubunu dəyişib. Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu “İonikos” klubunun uğurları üçün çalışacaq. Azad agent statusu daşıyan ukraynalı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Çiqrinski 2016-cı ildən Yunanıstanın digər klubu AEK-də çıxış edirdi. O, daha öncə “Dnepr”, “Şaxtyor” (Donetsk), “Barselona”, “Metallurq” (Zaporojye) klublarında da forma geyinib