17 dekabr 2025. Çərşənbə

Maaşını ala bilmədiyi üçün Braziliya klubundan ayrıldı


  • Transfer
  • 00:56 11.09.2021
  • Oxunma sayı: 178
Maaşını ala bilmədiyi üçün Braziliya klubundan ayrıldı
Braziliyalı millisinin müdafiəçisi Dani Alves “San Paulo”dan ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə yerli mətbuata klubun idman direktoru Karlos Belmonte məlumat verib.
 
O, 38 yaşlı futbolçunun 2 milyon avroluq maaşının gecikməsi səbəbindən belə qərar verdiyini bildirib. Alves artıq klubla bütün danışıqları dayandırıb və özünə yeni komanda axtarmağa başlayıb.
 
Təcrübəli müdafiəçi təxminən iki həftə Braziliya millisinin düşərgəsində olub. O, yığmanın toplanışından sonra “San Paulo”nun düşərgəsinə qayıtmaqdan və məşqlərə qatılmaqdan imtina edib.






Transfer