17 dekabr 2025. Çərşənbə

Arsenal'dan ayrılan futbolçu ölkəsinə üz tutdu


  • Transfer
  • 13:36 12.09.2021
  • Oxunma sayı: 112
Arsenal'dan ayrılan futbolçu ölkəsinə üz tutdu

İngiltərənin “Arsenal” klubundan ayrılan braziliyalı futbolçu David Luisin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Flamenqo” ilə anlaşıb.

O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klubların uğurları üçün çalışıb.







Transfer