30 oktyabr 2024. Çərşənbə

Azərbaycanlı futbolçu Ximki'dən ayrıldı


  • Transfer
  • 13:51 12.09.2021
  • Oxunma sayı: 125
Azərbaycanlı futbolçu Ximki'dən ayrıldı

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.

Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu qonşu ölkənin digər təmsilçisi “SKA-Xabarovsk” klubuna keçib.

Bu barədə azərbaycanlı hücumçunun yeni klubu məlumat yayıb. Xabarovsklular Əliyevi 2021/22 mövsümünün sonuna qədər icarəyə götürüblər.

“SKA-Xabarovsk” Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) mübarizə aparır. Əliyev artıq yeni komandasında debüt də edib. O, Moskva “Spartak”ının ikinci komandası (0:1) və Vladiqafqaz “Alaniya”sı ilə (1:3) oyunların iştirakçısı olub. Xabarovsk təmsilçisi bu mövsüm keçirdiyi 10 oyunda 17 xal toplayıb və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.







Transfer

Amorim "Sportinq"dən ayrıldı
  • Transfer
  • 20:35 29.10.2024
Amorim "Sportinq"dən ayrıldı