22 oktyabr 2024. Çərşənbə axşamı

Yunanıstan millisi baş məşqçisini dəyişib


  • Transfer
  • 17:31 26.10.2018
  • Oxunma sayı: 680
Yunanıstan millisi baş məşqçisini dəyişib
Yunanıstan millisinin baş məşqçisi Michael Skibbe istefaya göndərilib.

Corner.az-ın  xəbərinə görə, bu barədə Yunanıstan Futbol Federasiyası məlumat yayıb.

Yunan millisinin uğursuz çıxışları almaniyalı mütəxəssisin qovulmasına səbəb olub. Komanda Milətlər Liqasının son iki görüşündə - Finlandiya 0:2 və Macarıstana 1:2 uduzub. Yığma hazırda 4 turdan sonra 6 xalla qrupda 2-cidir.

Skibbeni yerli mütəxəssis Angelos Anastassiadis əvələyib. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı.





Transfer