3 iyul 2026. Cümə

Keysuke Hondanın yeni klubu bilindi


  • Transfer
  • 18:49 14.09.2021
  • Oxunma sayı: 178
Keysuke Hondanın yeni klubu bilindi

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan futbolçu Keysuke Honda karyerasını Litvanın "Suduva" komandasında davam etdirəcək.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilə son ölkə çempionu ilə rəsmi müqavilə imzalayıb. Sözləşmənin detalları barədə açıqlama verilməyib.

Yaponiya millisinin sabiq üzvü yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.







Transfer