4 oktyabr 2026. Bazar günü

Azərbaycanlı futbolçu Yunanıstan klubunda


  • Transfer
  • 10:07 16.09.2021
  • Oxunma sayı: 174
Azərbaycanlı futbolçu Yunanıstan klubunda

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq yarımmüdafiəçisi Tural Bayramlının yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonra karyerasını Yunanıstanda davam etdirəcək.

O, bu ölkənin “Pierikos” klubu ilə anlaşıb. Tural 1-ci liqa təmsilçisinə keçidi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib və bu sözləri yazıb:

“Bu, xaricdəki ikinci təcrübəm olacaq. Yeni komandamın Super Liqaya yüksəlməsinə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Yunanıstana köçməyimə görə mənə dəstək olan hər kəsə təşəkkürlər!”

Tural Bayramlı son olaraq ötən mövsüm “Zirə”nin uğurları üçün çalışıb. “Sumqayıt” və “Keşlə”də də oynamış futbolçu, Latviyanın “Dauqavpils” klubunda legioner həyatı yaşayıb. Yarımmüdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinib.







Transfer