- Transfer
- 23:59 29.10.2024
“Neftçi”nin futbolçuları Yusuf Laval və Sabir Buqrin komandadan gedəcəkləri barədə yayılan xəbərlərə münasibət bildiriblər.
Corner.az xəbər verir ki, sözügedən oyunçular klubun rəsmi televiziyasına açıqlamasında iddiaların doğru olmadığını söyləyib.
23 yaşlı nigeryalı futbolçu "ağ-qaralar"da özünü çox xoşbəxt hiss etdiyini və heç vaxt heç kimə komandadan ayrılmaq istəyi ilə bağlı bir şey demədiyini söyləyib: "Bunların hamısı sadəcə, şayədir. Təkrar edirəm: Mən "Neftçi"də özümü yaxşı hiss edirəm. Klubla hələ bir illik müqaviləm var. Həm də burada oynamaq mənim üçün qürurvericidir" .
25 yaşlı futbolçu Buqrin də özünü "flaqmanlar"da xoşbəxt hiss etdiyini diqqətə çatdırıb: "Hələlik mövsümün sonunadək "Neftçi" ilə müqaviləm qüvvədədir. Bütün düşüncələrim, fikirlərim bu kollektivlə bağlıdır. Bu mövsüm də komanda ilə birlikdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Gələcək haqqında danışmağı isə o qədər də xoşlamıram".