- Transfer
- 15:42 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Neftçi” növbəti transferini reallaşdırıb
Corner.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb.
28 yaşlı hücumameylli yarımmüdafiəçi bu komandanın heyətində 7 nömrəli formanı geyinəcək.
Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina superkubokunu qazanıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər – Romen Bask, Huqo Basto və hücumçular – Ramon Maçado, Tiaqo Bezerranı transfer edib.