18 mart 2025. Çərşənbə axşamı

Forlan istefaya göndərildi


  • Transfer
  • 12:31 19.09.2021
  • Oxunma sayı: 136
Forlan istefaya göndərildi

 “Atenas” klubu baş məşqçisi Dieqo Forlanı vəzifəsindən istefaya göndərilib.

Corner.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, uruqvaylı mütəxəssis və köməkçiləri ilə yolların ayrıldığı bildirilib.

42 yaşlı mütəxəssis 2021-ci ilin martından “Atenas”da idi.

“Atenas” Uruqvayın 2-ci liqasında 12 oyundan sonra 17 xal toplayıb və 6-cı sırada qərarlaşıb.







Transfer