7 avqust 2026. Cümə

Xames Rodriqes Qətər klubunda


  • Transfer
  • 16:30 22.09.2021
  • Oxunma sayı: 175
Xames Rodriqes Qətər klubunda

İngiltərənin “Everton” klubunun futbolçusu Xames Rodriqes karyerasını Qətərdə davam etdirəcək.

Corner.az xəbər verir ki, “Ər Rayan” klubu 30 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xameslə razılaşmanın detalları barədə açıqlama verilməyib.

Daha əvvəl İspaniyada “Real”, Almaniyada “Bavariya” kimi klublarda çıxış edən kolumbiyalı futbolçu, 2020-ci ildən “Everton”da çıxış edir. 







Transfer