17 dekabr 2025. Çərşənbə

Qarabağ'ın rəqibi Liverpul'un qapıçısını alır


  • Transfer
  • 10:33 23.09.2021
  • Oxunma sayı: 168
Qarabağ'ın rəqibi Liverpul'un qapıçısını alır

“Liverpul”un futbolçusu Loris Karius qışda klubdan ayrıla bilər.

Corner.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Məlumatda, Mersisayd təmsilçisində əsas heyətə düşə bilməyən 28 yaşlı qapıçı “Liverpul”dan ayrılmaq niyyətində olduğu vurğulanıb.

İsveçrənin “Bazel” klubu Kariusla yaxından maraqlanır.

“Bazel” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Omoniya” (Kipr) və “Kayrat”la (Qazaxıstan) mübarizə aparır. İsveçrə təmsilçisi ilk oyunda “Qarabağ”la Bakıda qolsuz heç-heçə edib.







Transfer