- Transfer
- 14:22 15.03.2025
Belçika milli komandasının baş məşqçisi Roberto Martines adının “Barselona” ilə hallanmasına münasibət bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, xəbərlərin şayiə olduğu və belə bir düşüncəsi olmadığını deyib:
“Sizin də təxmin etdiyiniz kimi, mən tərəfdən deyiləcək heç bir söz yoxdur. Komanda üç oyun uduzursa, işinizi itirəcəksiniz deyə xəbərlər yayılır.İşlər yaxşı getdikdə isə yaxşı nəticələrdə qazanırsan.Hər zaman belə şayiələr olacaq, bu haqda fikir bildirmək istəmirəm"
“Barselona”da baş məşqçi Ronald Kumanla yolların ayrılacağı gözlənilir.