- Transfer
- 14:22 15.03.2025
“Bavariya”nın hücumçusu Robert Levandovski “Real” klubunun prezidenti Florentino Pereslə görüşüb.
Corner.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında deyib. Polşa millisinin üzvü, Madrid klubunun rəhbəri ilə bir neçə dəfə görüşdüyünü bildirib:
“Pereslə bir neçə dəfə görüşmüşəm. Bu görüşlərdən biri də “Real”la oyundan sonra olub. Ancaq görüşdə nə danışdığımızı deyə bilmərəm.
Çempionlar Liqasında və digər liqalarda hər kəslə rəqabət apara biləcək gücdəyəm. Hazırda bütün diqqətim “Bavariya”dadı və başqa heç nə düşünmürəm”.
Yay transfer pəncərəsi dövründə Levandovskinin adı “Real”la hallanırdı.