17 dekabr 2025. Çərşənbə

Azərbaycanlı futbolçu Polşa klubu ilə müqavilə imzaladı


  • Transfer
  • 13:56 24.09.2021
  • Oxunma sayı: 139
Azərbaycanlı futbolçu Polşa klubu ilə müqavilə imzaladı

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

Corner.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.







Transfer