- Transfer
- 12:47 04.12.2025
“Səbail” klubunun danışıq apardığı məşhur futbolçu M.Essien Bakıya gəlib.
Klubdan verilən məlumata görə, 37 yaşlı yarımmüdafiəçi bu gün Azərbaycan Premyer Liqasında XXI turun “Səbail” – “Qarabağ” oyununda olacaq. "Bayıl Arena"da keçiriləcək görüş saat 16:45-də başlanacaq.
Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.Əlavə edək ki, o, Chelsea, Real Madrid və Milan klublarının da şərəfini qoruyub.