4 oktyabr 2026. Bazar günü

Millinin üzvü Fransada klubunu dəyişdi


  • Transfer
  • 14:05 25.09.2021
  • Oxunma sayı: 153
Millinin üzvü Fransada klubunu dəyişdi

Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Renn”lə müqaviləsini ləğv edən Mbaye Nyanqı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu ilə razılaşmanın detalları barədə açıqlama verilməyib.

Mbaye daha əvvəl İtaliyada “Milan”, “Torino”, “Cenoa”, İngiltərədə “Uotford” kimi klublarda çıxış edib. O, Seneqal yığmasının da üzvüdür.







Transfer