3 may 2026. Bazar günü

Hər klubun Halandı istəyəcəyini düşünmürəm


  • Transfer
  • 11:45 26.09.2021
  • Oxunma sayı: 138
Hər klubun Halandı istəyəcəyini düşünmürəm

"Real”ın keçmiş futbolçusu Stiv Makmanaman, norveçli hücumçu Erlinq Halandın (“Borussiya”, Dortmund, Almaniya) sabiq klubuna mümkün keçidi haqda danışıb.

Corner.az xəbər verir ki, 49 yaşlı sabiq futbolçu, hər klubun Halandı transfer etmək istəyəcəyini düşünmədiyini bildirib:

“Hər klubun Halandı istəyəcəyini düşünmürəm. Məsələn, “Liverpul”. Səbəbi açıqdır – gələcəkdə ola biləcək problemlər. Haland böyük ehtimalla, yüksək məvacib istəyəcək və klub daxilində balans pozulacaq.

Hə, bir də meneceri Mino Rayola var. O da yüksək məbləğdə pul istəyəcək. Hər klub bu şərtlərə razı olmaz”.







Transfer