3 may 2026. Bazar günü

Stam MLS klubundan qovuldu


  • Transfer
  • 20:57 27.09.2021
  • Oxunma sayı: 141
Stam MLS klubundan qovuldu

ABŞ-ın "Tsintsinnati" klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin qovulmasına səbəb uğursuz nəticələr olub.

Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan MLS təmsilçisi hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, niderlandlı mütəxəssis futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında "Tsintsinnati" klubuna baş məşqçi təyin olunmuşdu.







Transfer