3 may 2026. Bazar günü

Mançester Siti Leyptsiq'in futbolçusunu istəyir


  • Transfer
  • 11:58 28.09.2021
  • Oxunma sayı: 175
Mançester Siti Leyptsiq'in futbolçusunu istəyir

İngiltərənin “Mançester Siti” klubu “Leyptsiq”in futbolçusu Kristofer Nkunku ilə maraqlanır.

Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda, “şəhərlilər”in 23 yaşlı yarımmüdafiəçi üçün yaxın zamanda ilkin danışıqlara başlayacağı vurğulanıb.

Fransalı futbolçu ilə İngiltərənin "Arsenal" klubu da maraqlandığı bildirilib.

Nkunkunun “Leyptsiq”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Nkunku Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Mançester Siti” – “Leyptsiq” matçında (6:3) het-trik edib.








Transfer