3 may 2026. Bazar günü

İngiltərənin 3 klubu Remzini istəyir


  • Transfer
  • 12:06 28.09.2021
  • Oxunma sayı: 163
İngiltərənin 3 klubu Remzini istəyir

İtaliyanın “Yuventus” klubunun futbolçusu Aaron Remzi yenidən İngiltərədə çıxış edə bilər.

Corner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, 30 yaşlı yarımmüdafiəçi ilə “Everton”, “Vest Hem” və “Nyukasl” yaxından maraqlandığı vurğulanıb. Uelsli  futbolçu yüksək məvacib qarşılığında yenidən İngiltərəyə qayıda bilər.

Remzi daha əvvəl İngiltərədə “Kardif Siti”, “Nottinqem Forest” və “Arsenal”da çıxış edib.







Transfer