Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzinin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.
O, bu ölkənin “Əl-Rayyan” klubu ilə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nzonzi yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.
Qətər təmsilçisi bundan daha öncə Everton'dan Xames Rodriqesi transfer etmişdi.
Nzonzi 2018-ci ildən “Roma”da çıxış edirdi. Lakin o, bu komandada möhkəmlənə bilmədiyi üçün 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarədə oynayıb. Artıq “Roma” ilə birdəfəlik vidalaşan yarımmüdafiəçi, “Əl-Rayyan”a azad agent kimi transfer olunub. O, əvvəllər “Amyen”, “Blekbern”, “Stok Siti” və “Sevilya”da da forma geyinib.