- Transfer
- 12:47 04.12.2025
“Səbail” klubu ulduz futbolçu M.Essien ilə müqavilə bağlayıb.
Corner.az--ın məlumatına görə, qanalı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanılıb. Bu barədə məlumatı “Səbail”in icraçı direktoru Ramin Həsənov verib:“Onunla artıq ilyarımlıq müqavilə bağlanılıb. O, həmçinin klubumuzda 19 yaşadək komandada məşqçi işləyəcək. U-19-un baş məşqçisi Ruslan Qafitullinlə bir yerdə çalışacaq. Onun məşqçi kimi B kateqoriyası var. Əvvəl “Chelsea”nin 23 yaşadək komandasında qeyri-rəsmi də olsa, məşqçi kimi çalışıb”.
Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.Əlavə edək ki, o, Chelsea, Real Madrid və Milan klublarının da şərəfini qoruyub.