7 aprel 2026. Çərşənbə axşamı

Fənərbaxça Zayts üzərindən aldadıldığını etiraf etdi!


  • Transfer
  • 11:35 30.09.2021
  • Oxunma sayı: 160
Fənərbaxça Zayts üzərindən aldadıldığını etiraf etdi!

Türkiyənin "Fənərbaxça" klubu futbolçu Mixa Zaytsın keçidi üçün pulu səhvən avtomobil satışı üzrə şirkətə keçirib.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, 2019-cu ildə heyətə cəlb olunan 27 yaşlı sloveniyalı yarımmüdafiəçi üçün İtaliya "Empoli"sinə 830 000 avro ödənişin son hissəsi 2020-ci ildə həyata keçirilib. Lakin bu məbləğ Niderlandın avtomobil alqı-satqı şirkətinə köçüb.

Şirkət pulu qaytarmaqdan imtina etdiyi üçün klub tərəfindən məhkəməyə verilib. 2021-ci ilin avqustunda məhkəmə "Fənərbaxça"nın iddiasını təmin edib.







Transfer