15 mart 2025. Şənbə

Starricin yeni klubu


  • Transfer
  • 14:00 01.10.2021
  • Oxunma sayı: 134
Starricin yeni klubu

İngiltərə milli komandasının sabiq futbolçusu Daniel Starricin yeni klubu məlum olub.

Corner.az xəbər verir ki, 32 yaşlı hücumçu Avstraliyanın "Pert Qlori” klubuna keçib. Bu barədə Avstraliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, Starriclə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalandığı diqqətə çatdırılıb.

“Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandaların uğurları üçün çalışıb. O, son olaraq Türkiyə “Trabzonspor”unda çıxış edib.

Starric 2020-ci ilin martından klubsuz idi.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi