15 mart 2025. Şənbə

Tottenhem'dən ayrılan futbolçu Vilyarreal'da


  • Transfer
  • 13:07 05.10.2021
  • Oxunma sayı: 152
Tottenhem'dən ayrılan futbolçu Vilyarreal'da

Futbol üzrə Fil Dişi Sahili yığmasının müdafiəçisi Serj Oryenin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, son olaraq “Tottenhem”də çıxış etmiş 28 yaşlı sağ cinah müdafiəçisi İspaniyanın “Vilyarreal” klubu ilə müqavilə bağlayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti bu mövsümün sonuna qədərdir. Lakin mövsümün sonunda anlaşmanın daha 2 il artırılması nəzərdə tutulub.

Orye 2017-ci ildən “Tottenhem”də çıxış edirdi. Ölkəsinin yığmasında 70 oyun keçirmiş müdafiəçi, əvvəllər PSJ, “Tuluza” və “Lans komandalarının da formasını geyinib.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi