- Transfer
- 14:22 15.03.2025
Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe qış transfer dönəmində İspaniya "Real Madrid"inə keçə bilər.
Corner.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun prezidenti Florentino Peres "El Debate" nəşrinə açıqlamasında deyib.
74 yaşlı funksioner 22 yaşlı fransalı hücumçunun transferinin yanvarın 1-dək həll olunacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Liqa1-də 9 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.