- Transfer
- 14:22 15.03.2025
PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Paris klubunun yeni transfer həmyerlisi Lionel Messinin “Barselona”dan ayrılacağını gözləmədiyini bildirib:
“Messi futbol tarixinin ən yaxşı oyunçusudur. Heç kim onun “Barselona”dan ayrılacağını gözləmirdi. Klub rəhbərliyi və Leonardo Messini Parisə gətirməklə böyük iş gördülər. Onun PSJ-yə keçidi Parisdə və bütün dünyada çox danışıldı”.
Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.